Riyazi hesablamalar və Math class-ı

Bəzən elə olurki riyazi hesablamalar etmək istəyirik və bunu +-*/% kimi operatorlarla edirik, lakin uzun hesablamalar olanda qarışıqlığa səbəb olur. Məsələn, 10 üstü 5 hesablamasını etməl istəyirik və bunu operatorlarla etsək aşağıdakı kimi bir hesablama görərik.

int fivePowerOfTen = 10 * 10 * 10 * 10 * 10;

Başqa bir numünə olaraq deyək ki bizim bir metodumuz var və bu iki parametr alır və yuxarıdakı hesablamanı icra edir.

static long pow(int number, int power) {
    long calculatedNumber = 1;

    for (int i = 0; i < power; i++) {
        calculatedNumber = calculatedNumber * number;
    }

    return calculatedNumber;
}

Yuxarıda gördüyümüz kimi istənilən rəqəmin üstünü tapmaq üçün kiçik bir metod yazmalı olduq. Biz bir çox hesablamalar apara bilərik, məsələn deyək triqonemetrik, loqarifmik hesablamalar və s. Bunları bir-bir sıfırdan yazmaq yerinə biz Javanın Math class-ını istifadı edə bilərik. Math daxilində olan bütün metodlara burada baxa bilərsiniz.

Gəlin bir neçə ən çox istifadə olunan hesablamara baxaq.

Math.abs()

Bir parametr alır mənfi və ya müsbət, və həmişə müsbət dəyər qaytarır.

int negativeNumber = Math.abs(-100);
System.out.println(negativeNumber);

int positiveNumber = Math.abs(100);
System.out.println(positiveNumber);
100
100

Gördüyümüz kimi mənfi və ya müsbət olmağından aslı olmayaraq müsbət ədəd qaytardı.

Math.ceil()

Bir double parametr alır və ədədi yuxarı tam ədədə yuvarlaqlaşdırır.

double ceilNumber = Math.ceil(1.15);
System.out.println(ceilNumber);
2.0

Math.floor()

Bir double parametr alır və ədədi aşağı tam ədədə yuvarlaqlaşdırır.

double floorNumber = Math.floor(1.15);
System.out.println(floorNumber);
1.0

Math.min()

İki parametr alır və iki ədəddən minimum olanı qaytarır.

int minimumNumber = Math.min(1, 100);
System.out.println(minimumNumber);
1

Math.max()

İki parametr alır və iki ədəddən maksimum olanı qaytarır.

int maximumNumber = Math.max(1, 100);
System.out.println(maximumNumber);
100

Math.round()

Bir parametr alır və ən yaxın ədədə doğru yuvarlaqlaşdırır.

double roundedNumberOne = Math.round(1.4);
System.out.println(roundedNumberOne);

double roundedNumberTwo = Math.round(1.5);
System.out.println(roundedNumberTwo);
1.0
2.0

Math.random()

Parametr almır və random bir ədəd qaytırır. Qaytarılan rəqəm 0.0 və 1.0 aralığındadır. Əgər, 0 və 100 arasında rəqəm istəyiriksə alınan rəqəmi 100-ə vurarıq, 0 və 1000 aralığında istəyirikə 1000-ə vurarıq.

double randomNumberBetweenZeroAndOne = Math.random();
System.out.println(randomNumberBetweenZeroAndOne);

double randomNumberBetweenZeroAndHundred = Math.random() * 100;
System.out.println(randomNumberBetweenZeroAndHundred);
0.05078392487121186
26.896394286673996

Math.pow()

Iki parametr alır; ədəd və ədədin üstü, və ədədin üstünü hesablanması icra olunur.

double fivePowerOfTwo = Math.pow(2, 5);
System.out.println(fivePowerOfTwo);
32.0

Math.sqrt()

Bir parametr alır və kök altı hesablanması icra olunur.

double sqrtNumberOne = Math.sqrt(25);
System.out.println(sqrtNumberOne);

double sqrtNumberTwo = Math.sqrt(50);
System.out.println(sqrtNumberTwo);
5.0
7.0710678118654755

Ən çox istifadə olunan Math metodlarına baxdıq, digərlərinə buradan baxa bilərsiniz.

Last updated