JDK quraşdırılması

JDK-nın yüklənməsi və quraşdırılması

Əgər komputerimizdə Java JDK quraşılı deyilsə buradan JDK 8 yükləyə bilərsiniz və ya daha üst versiyanıda yükləyə bilərsiniz, lakin yazılar Java 8 ilə əlaqəli olacaq. Komputerdə Java-nın quraşılı olub-olmadığını öyrənmək üçün aşağıdakı əmri cmd-də icra edərək öyrənə bilərik.

java -version

Əgər əmri icra edəndən sonra aşağıdakı kimi bir nəticə görürsünüzsə deməli quraşılıdı, yox əgər xəta verirsə internetdən endirdiyimiz JDK-nı sistəmə yükləmə lazımdır.

Sizdə versiya fərqli ola bilər.

JDK-nı Əməliyyat Sisteminə Tanıtmaq

Əgər JDK komputerdə quraşılı deyilsə və siz cmd üzərindən versiyanı öyrənmək istəyirsinizsə xəta ilə qarşılaşacaqsınız, çünki komputerdə system environment variable bölməsində biz JDK-nı tanıtmamışıq. Tanıtmaq üçün bu addımları izləyirik:

İlk öncə axtarışa env (Edit the system environment variables) yazıb ilk çıxan proqrama daxil oluruq.

Daha sonra Environment Variables-a daxil oluruq.

Sonra, System variables bölməsindən Path yazılan bölməyə klik edirik.

Sonda isə JDK-nın yükləndiyi qovluğa daxili olub sonra bin qovluğuna daxil olub həmin addresi kopyalıyırıq və Edit environment variable bölməsində New klik edib kopyaladığımız addresi yapışdırırıq və sonda OK deyib pəncərəni bağlıyırıq.

Daha sonra cmd-

java -version

compiler versiyasını da öyrənmək istəsək

javac -version

əmrlərini icra edib Java-nın versiyasına baxa bilərik.

Last updated