> For the complete documentation index, see [llms.txt](https://sananirajabov.gitbook.io/sanani-notes/llms.txt). Markdown versions of documentation pages are available by appending `.md` to page URLs; this page is available as [Markdown](https://sananirajabov.gitbook.io/sanani-notes/java/data-tipl-ri.md).

# Data tipləri

Bir öncəki dərsimizdə dəyişkənlər mövzusuna toxunmuşduq, lakin orada bir şeyi qeyd eləmədik - data tipi. Hər bir dəyişkən müəyyən bir data tipinə məxsusdur. Java-da iki data tipi vardır:&#x20;

1. Primitive (primitv, ibtidai)
2. Object references (Obyekt referansları)

Hər bir dəyişkən yaddaşda müəyyən həcmdə yer tutur və bu tutduğu həcm datanın tipindən aslıdır. Primitive data tipləri birbaşa olaraq yaddaşda yer tutur, 8 bit, 16 bit və s.

Obyekt data tipləri yaddaşda obyektin özünü tutmur, sadəcə həmin obyektin referansını tutur. Aşağıdakı cədvəllərdə primitve və object data tiplərini görə bilərik.

## Primitive data tipləri

| Data tipi | Təsviri                                                                            |
| --------- | ---------------------------------------------------------------------------------- |
| boolean   | Binary (ikili) dəyər, **true** və ya **false**                                     |
| byte      | 8 bit signed, -128 və 127 arası dəyər                                              |
| short     | 16 bit signed, -32.768 və 32.767 arası dəyər                                       |
| char      | 16 bit Unicode xarakter                                                            |
| int       | 32 bit signed, -2.147.483.648 və 2.147.483.647 arası dəyər                         |
| long      | 64 bit signed, -9.223.372.036.854.775.808 və 9.223.372.036.854.775.808 arası dəyər |
| float     | 32 bit nöqtəli dəyər                                                               |
| double    | 64 bit nöqtəli dəyər                                                               |

## Object data tipləri

| Data tipi | Təsviri                                                                            |
| --------- | ---------------------------------------------------------------------------------- |
| Boolean   | Binary (ikili) dəyər, **true** və ya **false**                                     |
| Byte      | 8 bit signed, -128 və 127 arası dəyər                                              |
| Short     | 16 bit signed, -32.768 və 32.767 arası dəyər                                       |
| Character | 16 bit Unicode xarakter                                                            |
| İnteger   | 32 bit signed, -2.147.483.648 və 2.147.483.647 arası dəyər                         |
| Long      | 64 bit signed, -9.223.372.036.854.775.808 və 9.223.372.036.854.775.808 arası dəyər |
| Float     | 32 bit nöqtəli dəyər                                                               |
| Double    | 64 bit nöqtəli dəyər                                                               |
| String    | N byte Unicode dəyər                                                               |

* Signed dəyər - həm mənfi, həmdə müsbət dəyər ala bilər
* Unsigned dəyər - yalnəz müsbət dəyərlər ala bilər

### Referanslar

{% embed url="<http://tutorials.jenkov.com/java/data-types.html>" %}

{% embed url="<https://www.thoughtco.com/definition-of-unsigned-958174#:~:text=The%20term%20%22unsigned%22%20in%20computer,%2C%20char%2C%20short%20and%20long>." %}
