İlk Java proqramımız

Notepad üzərindən ilk Java proqramımız

İndi isə gələk ilk Java proqramımızı yazaq. Təbiiki ilk kodumuzu ənənəvi üsulla notepad və başqa bir text editor proqramından istifadə edərək yaza bilərik. İlk öncə yeni bir fayl yaradırıq və adınıda App.java qoyaq. Sonra hər-hansı bir text editor (mən Notepad++ istifadə edirəm) proqramı ilə faylımızı açaq və aşağıdakı kodumuzu yazaq.

public class App {
		public static void main(String[] args) {
			System.out.println("https://sananirajabov.gitbook.io/sanani-notes/");
		}
}

Kodumuzu yazdıqdan sonra faylımızı yaddaşda saxlayaq və sonra bağlayaq. Daha sonra cmd-ni açıb həmin qovluğa gəlib aşağıdakı əmri icra edək.

javac App.java

Əmri icra etdikdən sonra, App.class adında yeni bir faylımız yaranacaq, hansı compiler App.java faylını aldı və bytecode-a çevirdi. Daha sonra bu yeni compile olunmuş faylımızı çalışdırmağa çalışdıraq.

java App

Yuxarıdakı əmri icra etdikdən sonra əgər ekranda bu yazı "https://sananirajabov.gitbook.io/sanani-notes/" görünürsə deməli hər şey uğurla alınıb.

IDE Quraşdırmaq

Artıq növbəti yazılarımızda notepad ilə kod yazmayacayıq, çünki həm yorucu həm də xətaları görməkdə çətinlik yaradır. Onun yerinə, hazır İDE-lərdən istifadə edərək rahat kod yaza bilərik. Mən IntelliJ IDEA istifadə edirəm ama siz Netbeans, Eclipse və ya başqa bir IDE istifadə edə bilərsiniz. Aşağıda hər 3 IDE-nin linkini paylaşıram, oradan endirib rahatlıqla komputerinizə quraşdıra bilərsiniz.

İntellij İDEA Community

Eclipse

Netbeans

Last updated